Şabranda AĞIR QƏZA: Ölən və yaralanan var


Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aknews.az xəbər verir ki, hadisə nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Aknews.az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd edilib ki, hadisə Şabran şəhərin H.Əliyev prospektində mayın 27-si, saat 05:10-da qeydə alınıb.

"VAZ-2101 markalı 10-ER-236 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Siyəzən şəhər sakini Rəhim Beybala oğlu Kərimov idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü kəllə-beyin travması alıb. Onun sərnişini, Şabran şəhər sakini 1997-ci il təvəllüdlü Orxan Əliyoldaş oğlu Muradov hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

Xəbərlər