Son vaxtlar Bakı şəhəri və ətraf rayonlarda “jurnalist” adı altında fəaliyyət göstərən Kamran və İlahə adlı şəxslərlə bağlı cəmiyyətə narahatedici məlumatlar daxil olub. İlahə Talıbova adlı qadın özünü şəhid Əli Talıbovun bacısı kimi təqdim edərək, jurnalist statusundan sui-istifadə etməklə sahibkarlara və dövlət qurumlarına qarşı hədə-qorxu dolu davranışlar nümayiş etdirir.
Araşdırmalar nəticəsində məlum olub ki, bu şəxslərin jurnalistika sahəsində rəsmi fəaliyyətləri və akkreditasiyası yoxdur. Faktiki olaraq onlar heç bir media qurumuna bağlı olmadan, özbaşına çəkilişlər aparır, sosial şəbəkələrdə ləkələyici paylaşımlar edərək müxtəlif şəxslərə qarşı kampaniya aparırlar. Ən ciddi məqam isə odur ki, bu qadın özünü şəhid bacısı kimi təqdim etməklə, cəmiyyətin həssaslıq duyduğu bir məqamdan sui-istifadə edir.
İlahə Talıbovanın əslən Kürdəmir rayonundan olması və atasının Bəbir adlı şəxs olması məlumdur. Halbuki şəhid Əli Hüseyn oğlu Talıbov Ağcabədi rayonundandır və bioqrafiyası ictimaiyyətə məlumdur: 1950-ci il təvəllüdlü Əli Talıbov Sovet ordusunda xidmət etmiş, Qarabağ müharibəsində iştirak edərək 1992-ci ildə qəhrəmancasına şəhid olmuşdur.
Buradan sual doğur: Əli Talıbovun bacısı olduğunu deyən İlahə hansı əsasla belə bir iddia irəli sürür? Onun məqsədi nədir və bu cür şəhidlərin adından istifadə etməklə dövlət orqanlarına, sahibkarlara qarşı nəzarətsiz “media terroru” yaratmaq cəhdləri hansı qanunlara əsaslanır?
Azərbaycan xalqı və şəhid ailələri adından bu cür şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti qurumların tədbir görməsi vacibdir. Şəhid adından istifadə edərək şəxsi maraqlarını təmin etməyə çalışan hər kəs cəmiyyət və qanun qarşısında cavab verməlidir.
İlahə, söz səndədir. Hansı Əli Talıbovun bacısısan?