Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən 1 nömrəli tam orta məktəbin şəraiti müzakirələrə səbəb olub.
32gun.az xəbər verir ki, görüntülərdən açıq şəkildə görünür ki, sinif otaqları bərbad vəziyyətdədir. Divarlar çirkli və çatlamış, tavan isə uçqun vəziyyətindədir. İşıqlandırma sistemi minimaldır və siniflər sanki tövləni xatırladır.
Qeyd edək ki, ötən ilin dekabr ayında bu məktəbdə tüstü borusu problemi yaşanmış, bir müddət dərs prosesi dayandırılmışdı. Daha sonra boru təmizlənmiş və tədris bərpa olunmuşdu.
Bütün bunlara baxmayaraq, məktəbin ümumi vəziyyəti hələ də təmirə möhtacdır. Valideynlər və şagirdlər aidiyyəti qurumlardan məktəbin yenidən qurulması və ya əsaslı şəkildə təmir olunmasını gözləyirlər.