Mövsümün ortasında "Qalatasaray"a icarəyə verilən ispaniyalı hücumçu Alvaro Morata ilə bağlı yeni iddia irəli sürülüb.
Aknews.az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano yayıb.
F.Romano iddia edib ki, "sarı-qırmızılar"la icarə müqaviləsi 2026-cı ilin yanvarına qədər olan ispaniyalı hücumçu tezliklə İstanbul klubunu tərk edəcək.
Məlumatda A.Moratanın "Milan"a qayıtmayacağı da bildirilib. Belə ki, Alvaro Morata Sesk Fabreqasın baş məşqçisi olduğu "Komo"ya transfer olmaq niyyətindədir. Artıq İtaliya klubu ilə A.Morata arasında razılığın əldə olunduğu və yaxın günlərdə ictimaiyyətə elan olunacağı bildirilir.