Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...


"Rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin ya rəhbərlik etdiyi qurumdan, onun idarələrindən xəbəri yoxdur, ya da bilərəkdən vətəndaşı narazı salaraq dövlətə qarşı qaldırır".
"DİA-AZ" bildirir ki, bunu öz etiraz dolu açıqlamasında araşdırmaçı jurnalist Süleyman İsmayılbəyli bildirib.
Jurnalist daha sonra belə davam edir: "Məsələ ondan ibarətdir ki, 10 ildən artıq Cənab Prezidentin bizlərə hədiyyə etdiyi yaşayış binasının başına ip salıb sağdan-sola, yuxarıdan aşağı sürüyürlər. 2-3 ildən bir yeni modem quraşdırılmalıdır adı ilə açıq-aşkar cibimizə girir, özbaşınalıq edirlər. Düzdür, bu 10 ilin müəyyən bir hissəsi yoldaş Nəbiyevin dövrünə təsadüf edib. Ancaq nə fayda. İnsanları incitmək, narazı salmaq bu nazirlik və onun sələflərinin əsas prioriteti olub.
Təsəvvür edin ki, internet haqqını ödəməyən kimi vaxt tamamında onu söndürürlər. Ancaq dünən gecə saat 01:10-da ödənilş etmişəm, lakin hələ də mənzilə internetin verilişi bərpa edilməyib. Müvafiq ATS-lə əlaqə saxlayanda isə deyirlər ki, modem köhnədir. yenisini almalısınız. Sual edirəm ki, mənimlə yanaşı 155 mənzildə də modem eyni vaxtda dəyişib, onlarda necə oldu işlədi, məndə yox. İkincisi, sən operator xanım görmədən. bilmədən hansı əsasla deyirsən ki, modem köhnədir, yenisini almaq lazımdır.
Cavab aydındır. Yoldaş Nəbiyevin yeni modem biznesi işləməlidir axı. Hər il keyfiyyət artmadan utanmadan internetin qiymətini qaldırırsınız, heç olmasa süni əngəllərlə insanları incitməyin, bu həssas məqamda dövlətdən narazı salmayın. Yoxsa, sizlərdə rusa. farsa, Azərbaycana düşmən kəsilən xarici qüvvələrə işləyirsiniz? Cənab Nəbiyev, bəlkə işinizə yenidən baxasınız, özünüzü silkələyəsiniz".
"DİA-AZ" qeyd edir ki, hörmətli nazirimiz həm də özünün bahalı maşın şakəri ilə də tanınır. Yəni hətta nazir Rəşad Nəbiyev bir dəfə idarə etdiyi "Gelandevagen"də qəzadan son anda qurtulmuşdu ki, bunu da mətbuatımız xeyli müddət çək-çevir etdi. İndi isə bir modem biznesi nədir ki, nazirimiz üçün... Axı "Gelandevagen" çox benzin içir...
Aknews.az

Xəbərlər