Futbol üzrə Azərbaycan çempionatının I Liqasında daha bir matç təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu gün keçirilməli olan "Mingəçevir" - "Difai" oyunu baş tutmayacaq.
Bunu "nur şəhəri" təmsilçisinin mətbuat xidməti açıqlayıb. Səbəb qarlı hava şəraiti olub.
Görüşün yeni vaxtı və digər detallarla bağlı əlavə məlumatın verilməsi gözlənilir.