Bakı şəhər Suraxanı rayonunda fəaliyyət göstərən 323 saylı uşaq bağçası-körpələr evindən şikayət var.
İddia olunur ki, baxçada hər uşağa görə 30 manat pul yığılır. XALQ-a məlumat verilib ki, 20 manat baxça direktoruna 10 manat isə müəllimələr hər ay pul yığır.
Pul yığımı bütün qruplarda həyata keçirilir. Lakin Elnarə adlı müəllimə valideynlər pulu gecikdirdiyi halda uşaqlara qarşı sərt cəza tətbiq edir. “Bağçada hər uşağa görə aylıq 30 manat pul yığılsada üstəlik hər ay bəzi gündəlik vəsaitlər: sabun, salfetka və sair almağımız tələb olunur.
Hər səhər uşaqlara müxtəlif növ bulkalar və şirniyyat alınır, Baxçanın hazırladığı yeməklər heç də uşaqlara xoş gəlmir,əksər uşaqlar da bunu yemir. Qarşılığında isə uşaqlar axşamlar evə ac gəlir. Uşaqlara meyvə, yumurta, süd kimi vitaminli heç nə verilmir. Mətbəxə baxmağa belə valideynin icazəsi yoxdur deyə şikayətdə bildirilir.