Masazır sakinləri Azərişığın fəaliyyətindən narazıdır – Elektrik problemləri davam edir


Abşeron rayonunun Masazır kəndi, Murtuza Muxtarov küçəsində yaşayan sakinlər “Azərişıq” ASC-nin fəaliyyətindən narazılıq edirlər. Onların sözlərinə görə, dəfələrlə edilən müraciətlərə baxmayaraq, əraziyə verilən elektrik enerjisi hələ də stabil deyil.
Sakinlərin iddiasına görə, gərginliyin tez-tez dəyişməsi nəticəsində evlərindəki bir çox elektrik avadanlığı sıradan çıxıb. Onlar məsələ ilə bağlı “Azərişıq”a dəfələrlə müraciət etsələr də, problem hələ də həll olunmayıb.

“Soyuducudan tutmuş televizora qədər bir neçə cihazımız yanıb. Müraciət edirik, deyirlər baxılacaq, amma illərdir eyni vəziyyətdir,” – deyə sakinlərdən biri bildirib.

Sakinlər Azərişıq rəhbərliyindən problemin köklü şəkildə həllini tələb edir və məsələ ictimailəşməyəcəyi təqdirdə müvafiq qurumlara kollektiv şikayətlə müraciət etməyi planlaşdırırlar.

Aknews.az

Xəbərlər