Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Aknews.az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verib.
Telefon danışığının əsas mövzusu Vaşinqtonda əldə olunan razılaşmalar olub.
Ermənistanın baş naziri İran prezidentini əmin edib ki, regional kommunikasiyalar ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipi, eləcə də qarşılıqlılı hörmət əsasında fəaliyyət göstərəcək.
Daha sonra tərəflər İran prezidentinin İrəvana gözlənilən səfəri haqqında müzakirə aparıblar.