169 saylı məktəbin direktoru Pərvanə Əzimova üçün nə qədər pul yığılır? - VİDEO


169 saylı məktəbdə 9-cu sinif valideynlərindən pul yığımı: Qanunsuzluqmu, yoxsa “hörmət ənənəsi”?
Bakıxanov qəsəbəsində yerləşən 169 saylı tam orta məktəbdə 9-cu sinif valideynləri arasında qalmaqallı pul yığımı iddiaları gündəmi zəbt edib. 9a sinifinin valideyni Günay Hüseynova bildirib ki, məktəb direktoru bir neçə gün əvvəl rəsmi olaraq pul yığımının qadağan olduğunu açıqlasa da, valideyn komitəsi bu qərara müxalif mövqe sərgiləyərək pul yığmaqda israrlı olub.

Valideynin sözlərinə görə, komitə nümayəndəsi “pul verənin hörmət ediləcəyi” mesajını açıq şəkildə çatdıraraq, etiraz edən Günay Hüseynovanı sinifin valideyn qrupundan çıxmağa dəvət edib.

Maraqlı məqam odur ki, valideyn komitəsinin sədrliyi vəzifəsini daşıyan şəxs, rəsmi qadağaya baxmayaraq, pulların yığılmasında israrlı davranıb. Bu isə məktəbdə qeyri-rəsmi maraqların mövcudluğunu və bəzi şəxslərin bu “şirinlik” sistemindən faydalandığını düşünməyə əsas verir.

Valideynlərin iddialarına görə, şirinlik adıyla edilən ödənişlər, bəzi şagirdlərin dərs saatlarında məktəbə gəlmədən, hazırlıq dərslərinə yönləndirilməsi ilə nəticələnir. Beləliklə, pul ödəyən valideynlərin övladları daha rahat və cəzasız “xüsusi status” qazanır.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin və Bakı Təhsil İdarəsinin mövqeyi gözlənilir.

Daha ətraflı Xəzərxəbərin hazırladığı videosüjetdə – izləməyi unutmayın!



Aknews.az

Xəbərlər