Uitkoff: "SAXAL Qəzzada qoşunların yenidən yerləşdirilməsinin birinci mərhələsini tamamladı"


İsrail Müdafiə Qüvvələri atəşkəs razılaşmalarına uyğun olaraq, Qəzza zolağında qoşunların yenidən yerləşdirilməsinin birinci mərhələsini başa çatdırıb.
"Reuters" nəşri ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoffa istinadən məlumat verib.

O qeyd edib ki, bu andan etibarən Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların azad edilməsi üçün 72 saatlıq müddət başlayıb.

Aknews.az

Xəbərlər