21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
Aknews.az xəbər verir ki, milli komanda Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələcək.
Qazaxıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma "Liv Bona Dea Arena"da saat 19:00-da başlayacaq.
Qeyd edək ki, B qrupunda qərarlaşan milli komandamız üç turdan sonra cəmi bir xal toplaya bilib və qrupda 5-ci yerdə qərarlaşıb.