15 oktyabr 2025-ci il tarixində tanınmış estetik mərkəz sahibi "Xəyalə İsmayılova"nın intihara cəhd etdiyi xəbəri redaksiyamıza daxil olub. Məlumata görə, hadisə paytaxtda yerləşən estetik klinikaların birində qeydə alınıb.
İsmayılovanın yaxınlarının verdiyi məlumata əsasən, intihara cəhdin əsas səbəbi onun keçmiş pasiyenti vasitəsilə şantaj olunmasıdır. İddialara görə, bu olayda Gülbadə Abdullayeva və Fatimə Ümid adlı şəxslərin birbaşa iştirakı olub. Məlumatda qeyd olunur ki, Gülbadə Abdullayeva Xəyalə İsmayılovanın keçmiş pasiyentini yanına işə götürərək onun vasitəsilə klinika rəhbərini təzyiq altında saxlayıb. Həmin pasiyent məhs elə Gülbadə Abdullayeva tərəfindən tibbi müdaxilə edilib. Lakin öz etdikləri əməlləri ilə Xəyalə İsmayılovanı təsir altında saxlamaq məqsədi güdən Gülbadə Abdullayeva şantaj metoduna əl atdığı bildirilib.
Xəyalə İsmayılovanın əmisi oğlu mediaya açıqlamasında bildirib ki, bu şəxslər müxtəlif yollarla İsmayılovanı təhdid edib, onun fəaliyyəti barədə ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışıblar. Hətta sosial şəbəkələrdə məqsədli şəkildə yayılan saxta məlumatlar da bu kampaniyanın tərkib hissəsi olub. İsmayılovanın yaxını bildirib ki, Gülbadə ilə birgə fəaliyyət göstərən və özünü mətbuat katibi kimi təqdim edən Fatimə Ümid
Bildirilib ki, Xəyalə İsmayılova sirkə tərkibli maddə içərək həyatına qəsd etməyə çalışıb. Vaxtında tibbi müdaxilə sayəsində onun həyatını xilas etmək mümkün olub. Hal-hazırda vəziyyəti stabildir.
Süni obrazlar və saxta statuslar: Gülbadə Abdullayeva və “mətbuat katibi” Fatimə Ümidin fəaliyyəti sual altındadır
Estetik sahədə həkimlik diplomu və rəsmi ixtisası olmadığı halda, sosial şəbəkələrdə özünü “həkim” kimi təqdim edən Gülbadə Abdullayeva ilə bağlı mübahisələr səngiməmiş, bu dəfə onun yanında “mətbuat katibi” kimi tanıtdırdığı Fatimə Ümid də gündəmə gəlib.
İddialara görə, Fatimə Ümidin nə jurnalistika, nə də ictimaiyyətlə əlaqələr sahəsində ali təhsili və ya rəsmi peşəkar təcrübəsi yoxdur. Belə olduğu halda onun necə və hansı əsasla “mətbuat katibi” statusu ilə fəaliyyət göstərməsi haqlı suallar doğurur.
Bu hal Gülbadə Abdullayevanın süni şəkildə formalaşdırdığı “saxta həkim” obrazı ilə paralel şəkildə “saxta mətbuat katibi” obrazı yaratdığını göstərir. Reallıqda isə nə bu şəxslərin peşəkarlıqla, nə də hüquqi legitimliklə əlaqəsi yoxdur.
Mövzu ilə bağlı aidiyyəti qurumların məsələni araşdırması və hüquqi qiymət verməsi cəmiyyətin maraqlarına cavab verərdi.
İsmayılovanın yaxınları məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və xüsusilə Baş Prokurorluqdan məsələ ilə bağlı dərhal araşdırma aparılması tələb olunur.
Qeyd edək ki, adıçəkilən şəxslər Gülbadə Abdullayeva və Fatimə Ümid sosial şəbəkələrdə “Dost Estetik” ALTERNATİV OLARAQ “Fatimə Estetik” adı ilə fəaliyyət göstərir, lakin onların tibbi təhsili və rəsmi lisenziyası olmadığına dair iddialarda təsdiqini rəsmi qurumlar tərəfindən təsdiq edilib.
Aknews.az məsələni diqqətdə saxlayır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.