AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinalında keçirilən "Sabah" - "Qarabağ" oyunundakı mübahisəli epizodlara münasibət bildirib.
R.Həsənov "Qarabağ"ın qapıçısı Mateuş Koxalskiyə göstərilən qırmızı vərəqənin haqlı olduğunu qeyd edib.
Komitə sədri görüşün son epizodunda penalti verilməməsinin də doğru qərar olduğunu vurğulayıb.
Qeyd edək ki, 2:1 hesablı qələbə qazanan “Sabah” ölkə kubokunun finalına vəsiqə qazanıb.
Aknews.az