Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
Aknews.az xəbər verir ki, Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Unikal-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.
“Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm”, – deyə o qeyd edib.
Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur “Avropa” otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.