"Qarabağ" - "Çelsi" oyununa 27 250 bilet satılıb


Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 27 250 bilet satılıb.
Bu barədə Ağdam klubu məlumat yayıb

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Aknews.az

Xəbərlər