"Real Madrid"in altı futbolçusu "Arsenal"la görüşdə komandaya kömək edə bilməyəcək


İspaniyanın "Real Madrid" klubunun 6 futbolçusu bu gün İngiltərədə "Arsenal"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.
Aknews.az xəbər verir ki, Madrid təmsilçisində qapıçı Andrey Luninlə yanaşı, Dani Karvaxal, Dani Sebalyos, Ferlan Mendi və Eder Militao zədəlidirlər.

Orelyen Çuameni isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Arsenal" - "Real Madrid" matçı aprelin 8-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbərlər