“Ləzzət Dünyası” brendinə məxsus sendviçlərin qablaşdırmasında yalan məlumat yazılır.
Qablaşdırmanın üzərində qeyd edilən mılumatların saxta olduğunu şikayətçi Günel İsmayıl üzə çıxarıb. O bildirib ki, bu sendviçlərin üzərindəki məlumatlar absurddur:
“Absurd göstəricilərə sahib “sendviçlər”. Qida dəyəri səhvdir. Ümid edirəm düzəliş edərlər”.
Məhsulun üzərindəki məlumata görə, məhsulun 100 qr-da qida dəyəri (orta göstırici) zülalar 1,62 qr, yağlar 6,3 qr, karbohodratlar 0,7 qr-dır.
Xatırladaq ki, 100 qram çörəkdə ən azı 40-45 qram karbohidrat olur. 0,7 qr karbohidrarın olması isə absurddur.
Görünür istehsalçı alıcıların bu barədə az məlumatlı olmasından istifadə edərək tərkibi, qida dəyəri məlum olmayan qidalar hazırlayaraq satışa çıxarır.
Sendviçləri hazırlayan “Ləzzət Dünyası” ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.(Tribunainfo.az)
Qarşı tərəfin mövqeyini işıqlamdırmağa hazırıq.
