Azərbaycanda “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulunun üzərində keçmiş Dağlıq Qarbağ Muxtar Vilayətinin xəritəsinə oxşayan təsvir əks olunub.
Yeniavaz.com xəbər verir ki, Dağlıq Qarbağ Muxtar Vilayəti 1923-1991-ci illərdə Azərbaycan ərazisində mövcud olan inzibati ərazi vahidi olub. Azərbayacn Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli qərarı ilə Dağlıq Qarbağ Muxtar Vilayəti ləğv olunub.
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Dağlıq Qarbağ Muxtar Vilayətinə daxil olan rayonların da yer aldığı əraziləri əhatə edən Yuxarı Qarabağ iqtisadi rayonu yaradılıb.
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Yuxarı Qarabağ iqtisadi rayonu
Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra – Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanına əsasən Yuxarı Qarabağ iqtisadi rayonu ləğv olunub və Qarabağ iqtisadi rayonu yaradılıb.
Qarabağ iqtisadi rayonu
Məlumat üçün bildirək ki, “Safdad” brendinə məxsus “Qarabağ” dovğası adlı məhsulunun üzərində əks olunan təsvirin nə Yuxarı Qarbağ iqtisadi rayonu, nə də Qarabağ iqtisadi rayonunun xəritəsi ilə əlaqəsi yoxdur.
Lakin 1991-2020-ci illərdə Qarabağdakı seperatçıların istifadə etdiyi qondarma “Artsax” respublikasının “xəritəsi” sözügedən təsvirə daha çox oxşayır.