ABŞ Senatı şatdauna son qoyacaq qanun layihəsini təsdiqlədi


ABŞ Senatı hökumətin fəaliyyətinin bərpasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Yekun səsvermənin nəticələrinə əsasən, sənədi 60 senator dəstəkləyib, 40-ı isə əleyhinə səs verib.

Layihə hökumətin fəaliyyətinin dayandırıldığı (şatdaun) dövrdə ödənişsiz məzuniyyətə göndərilən dövlət qulluqçularına maaşların ödənilməsini, həmçinin, 2026-cı maliyyə ilinin sonunadək (30 sentyabr) ərzaq talonlarının maliyyələşdirilməsini nəzərdə tutur.

Qanun layihəsi Senatda qəbul edildikdən sonra səsvermə üçün Nümayəndələr Palatasına təqdim olunacaq.

Aknews.az

Xəbərlər