Azərbaycanın U-19 millisi ilk qələbəsini qazandı


19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin son oyununda qələbə qazanıb.
Aknews.az xəbər verir ki, 13-cü qrupda yer alan yığma Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Ta Qali şəhərində yerləşən "Sentenari" stadionunda keçirilən görüş Azərbaycan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da millimiz öz qrupunda üç xalla üçüncü pilləni tutub. Malta isə bir xalla sonuncu - dördüncü olub.

Xəbərlər