"Liverpul" derbidə qələbə qazandı - VİDEO


İngiltərə Premyer Liqasının 30-cu turunda bu gün Mersisayd derbisi oynanılıb.
Aknews.az xəbər verir ki, lider "Liverpul" evdə "Everton"la qarşılaşıb.

"Liverpul" bu oyunda 1:0 hesablı qələbəyə sevinib və aktivinə daha 3 xal əlavə edib. Görüşdəki yeganə qolu 57-ci dəqiqədə Dioqo Yota vurub.

Hazırda Arne Slotun komandasının 73 xalla 1-ci, "Everton"un isə 34 xalla 15-cidir.

Xəbərlər