Sumqayıt şəhərində yerləşən 33 saylı tam orta məktəbdə valideyn və şagirdlərin narazılığına səbəb olan yeni bir fakt redaksiyamıza daxil olub. Məlumata görə, məktəbin direktoru şagirdlərə gündəlikləri pulla satmaqla gəlir əldə edib və bu proses Regional Təhsil İdarəsinin rəhbərliyindən gizli şəkildə həyata keçirilib.
Belə ki, “Məktəbli” mağazası ilə gizli anlaşma nəticəsində standartgündəliklər, baha qiymətə olan gündəliklər 33 saylı məktəbdə şagirdlərə məcburi şəkildə satılıb. Halbuki dövlət məktəblərində belə materiallar ya valideynin seçiminə buraxılır, ya da bazar prinsipləri əsasında sərbəst alınır.
Mənbənin iddiasına görə, məktəb rəhbərliyi Regional təhsil idarəsindən 300 ədəd gündəlik sifariş etsə də, sonradan bu say 2500 şagirdi olan məktəbə niyə az sifariş edildiyi sual edilib. Maraqlısı budur ki, məktəbin direktoru bu say artımını izah edərkən bildirib ki, “məktəbdə 2500-ə yaxın şagird var və artıq 2200 şagird gündəlik alıb”. Regional idarə daxilində rəhbərliyin xəbəri olmadan gedən oyunlar vəzifəli şəxsin aparılan oyunlarda birbaşa və ya dolayı əlinin olduğuna gətirib çıxarmaq niyyəti daşıdığı ehtimal edilir. Qeyd edək ki, yaxın zaman kəsiyində eyni məktəbdə çirk biletlərinin satışının həyata keçirildiyi məlumatlarıda dildən dilə dolaşmaqda idi. Aldığımız məlumata görə isə bu qanunsuz addımın qarşısını məhs Sumqayıt təhsil sektoru almağa müvvəfəq olmuşdur.
Əldə edilən məlumatlara əsasən, direktorun göstərişi ilə ucuz qiymətə alınmış gündəliklər şagirdlərə daha yüksək qiymətə təqdim edilib. Bu isə valideynlər arasında haqlı narazılıq yaradıb. Bildirilir ki, bəzi valideynlər bu məcburi satışdan imtina etdikdə övladlarına psixoloji təzyiq göstərilib və gündəliksiz dərsə buraxılmayacaqları ilə hədələniblər.
Qeyd edək ki, bu cür məcburi satışlar və şagirdlərdən pul yığılması qanunla qadağandır və Elm və Təhsil Nazirliyinin müvafiq göstərişləri ilə tənzimlənir. Heç bir məktəb rəhbərliyinin şagirdlərə hansısa məhsulu məcburi satmaq, ya da alışa yönləndirmək hüququ yoxdur. həmçinin bildirək ki, məktəbin direktoru Mehdiqulu Aslanovdur.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.