Sumqayıtda 16 saylı məktəbdə kameralara görə pul yığılır?


Sumqayıtda fəaliyyət göstərən 16 nömrəli məktəbdən şikayət var.
Aknews.az xəbər verir ki, Sumqayit24.az-a müraciət edən valideyn məktəbdə kameralar üçün hər sinifdən ümumilikdə 100 manat məbləğində pul yığılır.

“Valideynlərdən 10, 20 və ya 30 manat məbləğində ödəniş tələb olunur. Özləri həll etməli olduqları məsələləri niyə bizə yükləyirlər? Bu cür vəziyyətlərdən bezmişik. Bilmirik ki, pulumuzu hara verək. Fond, təmir, indi də kamera məsələsi”, – deyə şikayətçilərdən biri narahatlığını ifadə edib.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələnin araşdırılmasını tələb edirlər.

Sumqayıtda 16 saylı məktəbdə kameralara görə pul yığılır?


Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın bu məsələdən xəbəri var?

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Xəbərlər