"Fənərbağça"nın tribuna lideri silahlı hücuma məruz qaldı


"Fənərbağça"nın tribuna liderlərindən İbrahim Gümüştekin İstanbulda silahlı hücuma məruz qalıb.
Aknews.az "TGRT Haber"ə istinadən xəbər verir ki, Kadıköydə baş verən hücumdan sonra Gümüştekin dərhal xəstəxanaya çatdırılıb.

Hücumdan sonra xəstəxanada müalicəsi davam edən Gümüştekinin səhhəti haqqında ətraflı məlumat verilməyib. İstanbul polisi hadisədən sonra araşdırmaya başlayıb.

Xəbərlər