Ukrayna Radasının sabiq deputatını Almaniyada həbs etdilər


Ukrayna Ali Radasının keçmiş deputatı Almaniyada birjada manipulyasiya etməkdə şübhəli bilinərək saxlanılıb.

Keçmiş deputat beynəlxalq axtarışa verilibmiş. Prokurorluq saxlanılan şəxsin adını açıqlamasa da, "Strana" nəşri dəqiqləşdirib ki, şübhəli şəxs Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun siyasi partiyasının üzvü, Radanın maliyyə komitəsi rəhbərinin müavini Ruslan Demçakdır.

Baş Prokurorluq bildirib ki, 2023-cü ilin avqustunda deputata qarşı "birjada manipulyasiyaya və çirkli pulların yuyulmasına köməklik göstərmək" ittihamı irəli sürülüb. Müstəntiqlərin fikrincə, hələ 2017-ci ildə deputat birjalarda daxili dövlət istiqrazları ilə əməliyyatlar apararaq süni investisiya mənfəəti əldə edib. Hazırda onun Ukraynaya ekstradisiyası gözlənilir.

Aknews.az

Xəbərlər