"İmişli"nin yarımmüdafiəçisi məşqçini təhqir etdiyi üçün komandadan ayrılıb? - RƏSMİ AÇIQLAMA


"İmişli" klubunun yarımmüdafiəçisi İbrahim Əliyevin komandanın baş məşqçisi Jorj Kaskilyanın köməkçisini təhqir etməsi və sinəsindən itələməsinə görə düşərgədən uzaqlaşdırılması ilə bağlı məlumat yayılıb.

Bildirilib ki, bu iddiaların heç biri həqiqəti əks etdirmir:

"İbrahim Əliyevlə müqaviləyə dünəndən etibarən qarşılıqlı razılaşma əsasında xitam verilib. İbrahim Əliyevin baş məşqçi, yaxud məşqçilər heyətinin üzvləri ilə hər hansı mübahisəsinin olması barədə deyilənlər əsassızdır.

Komandamızda çıxış edən hər bir futbolçu gələcəkdə harada olmasından asılı olmayaraq, klubumuz üçün hər zaman dəyərlidir. İbrahim Əliyevə də peşəkar karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, İbrahim Əliyev I Liqa təmsilçisi "Şəfa" ilə razılığa gəlib.

Aknews.az

Xəbərlər