Tunis millisinin baş məşqçisi Sami Trabelsi Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlubiyyətdən sonra istefaya göndərilib.
57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk ediblər.
Qeyd edək ki, Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 18 oyun keçirib, 10 qələbə qazanıb, dörd dəfə heç-heçə edib və dörd məğlubiyyət alıb.
Aknews.az