Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsində cəmi 47 gün çalışan Elxan İbrahimovun tutduğu postan uzaqlaşdırılmasına prezident İlham Əliyev də reaksiya verdi.
Belə ki, yerli televiziya kanallarına müsahibəsində İlham Əliyev deyib ki, yeni təyin etdiyi icra başçısı etimadını doğrultmayıb:”Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib”.
Ölkə başçısının bu mövzu ilkə bağlı çıxışında “iş adamlarına dəyməmək” fikrini xüsusi vurğulaması Elxan İbrahimovun sahibkarldan qanunsuz tələb irəli sürməsi barədə deyilənləri təsdiqləmiş oldu.
Bəs görəsən, Elxan İbrahimov hansı iş adamı qarşısında tələb qoyub?
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, söhbət “Karat Holdinq” in sahibi, eks deputat Əsabil Qasımovdan gedir.
Belə ki, mənbəmiz Əsabil Qasımovun Nəsimi Rayonu ərazisində yüksək mərtəbəli yaşayış binaları tikdiyini və bunun üçün əvvəllcədən əldə olunan razılığın yeni icra başçısı tərəfindən yasaqlandığını deyib.
Bildirilir ki, icra başçısı iş adamı qarşısında yeni tələblər qoyub.
“Yaranmış vəziyyəti görən Əsabil Qasımov durumu ölkə başçısına çatdıra bilib.Məhz bundan sonra Elxan İbrahimovun sərəncamı verilib” deyə mənbəmiz bildirib.
Məsələ ilə bağlı Əsabil Qasımovun mövqeyini öyrənmək cəhdimiz baş tutmayıb. Belə ki, iş adamı bu haqda danışmaqdan imtina edib.
Aknews.az