Saxlanılan voleybolçu İmamoğlunun sevgilisi olub?


Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və yayılması ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində saxlanılan sosial media fenomeni Rabia Karaca müxtəlif şəxslər haqqında səs-küylü iddialar səsləndirib.
Aknews.az “A Haber”ə istinadən xəbər verir ki, bunlardan biri də İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan sabiq mer Ekrem İmamoğludur.

Rabia Karaca türkiyəli məşhur voleybolçu Derya Çayırganın Ekrem İmamoğlunun sevgilisi olduğunu iddia edib.

“Derya Çayırgan yalnız İmamoğluna məxsus idi, bütün xərclərini o qarşılayırdı”, - Karaca istintaqa ifadəsində bildirib.

Narkotik işi çərçivəsində bu gün aparılan istintaq çərçivəsində isə daha 18 nəfər saxlanılıb. Onlardan biri də Karacanın haqqında iddialar səsləndirdiyi Derya Çayırgandır. Onun şahid ifadələri əsasında saxlanıldığı bildirilir.

Xəbərlər