İranın müdafiə naziri Əziz Nəsirzadə muzdlu etirazçılarla bağlı açıqlama verib.
Nazir dövlət televiziyasındakı çıxışı zamanı bildirib ki, etirazçılar müxtəlif cinayətlərə görə 500 ilə 3500 dollar arasında pul alıblar.
O qeyd edib ki, polis bölmələrini yandırmaq üçün təxminən 500 dollar, avtomobili yandırmaq üçün isə təxminən 1500 dollar pul ödənilib. Etirazçılar qətl üçün 3500 dollar alıblar.
"Bizdə etibarlı məlumat var ki, ABŞ, İsrail və onların bəzi müttəfiqləri separatçılara və terrorçulara kömək etmək üçün mərkəz yaradıblar. Hətta İranda dağıdıcılıq üçün ianələr də müəyyən edilib", - deyə Nəsirzadə İranın dövlət televiziyası tərəfindən sitat gətirilib.
Aknews.az