Etirazlar yatırılıb - 20 min nəfər öldürülüb


İranda etiraz aksiyalarında ölənlərin sayı artmaqdadır.
BMT-nin hesablamalarına görə, bu rəqəm 20 min nəfəri ötüb.

Etirazlardan ölənlərlə bağlı alternativ rəqəmlər də mövcuddur. Belə ki, ABŞ-da yerləşən Human Rights Watch təşkilatı 4902 ölüm hadisəsinin təsdiqləndiyini, daha 9387 işin araşdırıldığını və 26.000-dən çox insanın həbs olunduğunu bildirib.

İran hakimiyyəti isə rəsmən 3117 ölümü barədə məlumat verib. Onlardan 2427-si təhlükəsizlik qüvvələri də daxil olmaqla "günahsız" hesab olunur.

Aknews.az

Xəbərlər