ATEŞ partizan hərəkatının agentləri Rusiyanın Sverdlovsk vilayətində PUA anbarını məhv ediblər.
“Məhv edilmiş avadanlıqlar arasında Rusiya qoşunlarının cəbhədəki əsas missiyalar üçün istifadə etdiyi bahalı heksakopter tipli PUA-ları da olub. Bu aparatlardan döyüş sursatı, ərzaq və dərman vasitələrinin çatdırılması, fuqas sursatların atılması və məsafədən minalama - piyada və tank əleyhinə minaların havadan yerləşdirilməsi üçün istifadə olunur”, - məlumatda bildirilib.
Qeyd edilib ki, ATEŞ Rusiyanın arxa cəbhəsinin dərinliyində yerləşən hərbi infrastrukturuna dəqiq və dağıdıcı zərbələr endirməkdə davam edir.
Aknews.az