Mehman: O hansı haqla meyxanadan danışır?


"Elə bir adamı tanımıram. Özü-özünü sübut edib ki, meyxana haqqında da danışır? O hansı statusa, elmə sahibdir ki, meyxana haqqında danışır? Sadəcə, çalışır nəsə əldə etsin, adı haradasa hallansın".
Aknews.az ölkə.az-a istinadla xəbər verir ki, bunu Mehman Əhmədli qiraətçi Xəzər Süleymanlının meyxana ilə bağlı qalmaqallı fikirlərinə dair deyib.

Onun sözlərinə görə, meyxananın kütləsi böyükdür:

"Meyxana sevilən bir janrdır. Normal qiraətçi olsaydı, meyxana haqqında elə danışmazdı. Qiraətçi şeir deyir, əgər ümumiyyətlə, şeirin nə olduğunu bilirsə. Meyxanada bədiyyədir. Hansı haqqla meyxana haqqında danışır?"

Xatırladaq ki, qiraətçi X.Süleymanlı "Pərvizə görə" verilişində hazırkı meyxananın vəziyyətinin acınacaqlı olduğunu bildirib.

Xəbərlər