Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.
Aknews.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölən şəxs Rusiyanın Krasnodar əyalətində fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.
Ailə üzvlərindən saytımıza bildirilib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub:
“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.
Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.