“Səidə, Ulvira və başqa 10 nəfər məni aparıcı kimi qəbul etməsə belə, bu heç nəyi dəyişmir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında aparıcı Tarix Əliyev (Tolik) deyib.
O, Səidə Bəkirqızını nəzərdə tutaraq qeyd edib:
“Açığı, jurnalist ixtisasını bitirməmişəm. Amma artıq 10 ildir televiziyadayam və bu sahədə müəyyən təcrübə toplamışam. Səidə məni özü ilə eyni səviyyədə görmür. Çünki o, siyasi aparıcılardandır və peşəkar aparıcı kimi tanınır. Amma sual yaranır: bu nəyi dəyişir?! Fakt budur ki, bir çox aparıcının televiziya efirində deyə bilmədiyi mən deyirəm. Məhz buna görə də Səidənin sözlərindən incimirəm. Çünki onunla aramızda nə yaxın münasibət var, nə də hər hansı şəxsi əlaqə. Sadəcə, salam-sağ ol. Bilirəm ki, o sözləri məni qıcıqlandırmaq niyyəti ilə deməz.
Üstəlik, Səidə son günlər bir sıra problemlərlə üzləşib. Ona görə də haqqımdakı fikirlər pis niyyətlə və ya məni qıcıqlandırmaq məqsədi ilə deyil, sadəcə o anın emosiyası ilə səsləndirilib”.
Qeyd edək ki, aparıcı Səidə Bəkirqızı Tarix Əliyevi aparıcı deyil, prodüser kimi qəbul etdiyini bildirib.
Aknews.az