Bakıda binanın həyətindəki 50-dən çox qaraj sökülüb. Ancaq sahibkarlardan biri ona təklif olunan kompensasiya məbləği ilə razılaşmır.
Paytaxtın Fətəli Xan Xoyski küçəsi, 132 ünvanında, söküntü işləri aparılan və hasarlanan ərazidə 16 kvadratmetr sahədə qarajı olan sahibkar Əfqan Əhmədov iddia edir ki, iş gedir, amma “Gold Rezidens” adlı tikinti şirkəti onunla razılıq əldə etməyib.
Sahibkarın iddiasına görə, 50-dən çox qaraj olan ərazidə işlər iki ildən çoxdur başlayıb. Lakin ərazi tikinti şirkəti tərəfindən hasalandığı üçün vətəndaş şəxsi mülkünə daxil ola bilmir, bu səbəblə obyekti icarə vermək də mümkün deyil.
Məsələ ilə bağlı adıçəkilən “Gold Rezidens” tikinti şirkətinin rəsmisi iddialara aydınlıq gətirib:
Şirkətdən o da bildirildi ki, obyektin sahibi müstəqil qiymətləndiriciləri cəlb edərək qaraj üçün real bazar qiyməti müəyyənləşdirə bilər. Bu halda MTK müəyyən edilmiş kompensasiya məbləğini ödəməyə hazırdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Aknews.az