Nepalda sərnişin avtobusunun hündür dağlıq yoldan çaya düşməsi nəticəsində azı 12 nəfər ölüb.
Məlumata görə, avtobus təxminən 50 metr hündürlükdən Tamakoşi çayına düşüb.
Xilasedicilər çaydan altı nəfərin cəsədini çıxarıblar. Ağır xəsarətlər alan altı sərnişin isə xəstəxanada ölüb.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
Aknews.az