Mavi yanacaq verilmədiyindən mənzillərində qalın geyimlə otururlar...
Qazlaşdırlması illərdir ləngiyən 48 mənzilli 12 mərtəbəli binanın sakinləri çıxılmaz vəziyyətdədir. Sakinlər qış aylarında mənzillərini isitmək üçün elektrik enerjisinə görə 150-200 manat ödəməli olurlar. Görüntülər Binəqədi rayonu Abay Kunanbayev küçəsi, 85 ünvanındandır.
“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edək bina sakinləri deyir ki, 12 mərtəbəli bina 1993-cü ildə təhvil verilsə də natamam olub.
Sakinlər iddia edir ki, binanın mavi yanacaqla təmin olunması üçün müvafiq qurumlara müraciət etsələr də problem bu günə kimi həllini tapmayıb.
"Azəriqaz"ın İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qeyd edib ki, binanın mövcud təsərrüfatı qazlaşmaya imkan vermir. Bina tikilən zaman qazdann istifadə üçün heç bir parametr nəzərə alınmayıb. Buna görə də müvafiq dövlət qurumları binanın mavi yanacaqla təminatına icazə verməyiblər. Bütün bunları nəzər alaraq "Azəriqaz" İB binanın qazlaşdırlmasına şərait yarada bilmir.
Aknews.az