Dekabrın maaşlarını hələ də ala bilmirlər - Mollayev NƏ DÜŞÜNÜR?


Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında "Suya yazılan şikayətlər" silsiləsindən növbəti işçi gileyini ictimailəşdirib.
"Müvafiq qurumlar tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur!
Toxunulmazlar!!!!! Nepotizm?! Niyə "NOBELOİL"? Artıq ikinci ildir ki, SOCAR AQŞ (Baş direktor Samir Mollayev, kommersiya üzrə direktor Kevin Marr, maliyyə üzrə direktor Fuad Behbud) işçilərin əmək haqlarını mütamadi olaraq gecikdirərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrini (maddə 172. 5 , 178.1) pozur və hansı "səbəblərdənsə" cəzasız (ARƏM maddə 310) qalır. İşçilər işsiz qalacaqlarından qorxaraq müvafiq qurumlara şikayət etməyə çəkinir. Müvafiq qurumlar isə nədənsə müşahidəyə daha çox üstünlük verir" deyə məsələ ilə bağlı fikrini açıqlayan NHMT sədri əlaqədar qurum və şəxslərdən hesabat tələb edir.
"DİA-AZ" olaraq Mirvari Qəhrəmanlıya istinadən həmin müraciəti təqdim edirik:
"Çoxlu sayda SOCAR AQŞ şirkətinin əməkdaşları adından sizə yazıram. Bir ildən çoxdur ki, vəziyyət belədir. Fevral ayının ortasıdır, biz hələ də dekabr ayının maaşını ala bilməmişik, dekabrı alanda da yanvar ayının da maaşını almaq üçün iki-üç ay gözləməli olacağıq...

Nə vaxta kimi belə olacaq? Xəstəsi olan xəstəsini həkimə apara bilmir, bank faizləri üst-üstə yüklənib... Ailəsinə bir tikə çörək alıb apara bilməyən, qış günü övladına qalın məktəb geyimləri ala bilməyən, ailəsi yanında başı aşağı olan əməkdaşlar var.
Xahiş edirəm, bizim haqqımız olan pullarımızı almaq üçün şikayətimizi aidiyyəti qurumlara çatdırasınız".
Qeyd edək ki, "SOCAR AQŞ” MMC 2007-ci ildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Tərəflər və iştirak payları :SOCAR-13.38% , #NobelOilLtd., - 73.77% , Abşeron Qazma MMC -12.85%...(Dia-az)

Aknews.az

Xəbərlər