Suraxanıda hasarları sökən maskalı şəxslər peyda olub - Adil Əliyev bu şəxsləri tanıyırmı?- FOTO


İki gün öncə Eldar Əzizov Suraxanı rayon icra başçısı Adil Əliyevə töhmət, Xəzər rayon icra başçısı Elşən Salahova isə rayon ərazisində mövcud problemlərin həlli, artan narazılıqlar və xüsusilə qanunsuz tikinti hallarının çoxalması ilə bağlı xəbərdarlıq edib. Adil Əliyevə verilən töhmətdən sonra Suraxanı rayonunda diqqətçəkən hadisələr baş verir.

Suraxanıda hasarları sökən maskalı şəxslər peyda olub - Adil Əliyev bu şəxsləri tanıyırmı?- FOTO

Bizimesr.az-a daxil olan məlumata görə, son iki gündür rayon ərazisində özlərini guya şəhərsalma və ya icra hakimiyyəti əməkdaşları kimi təqdim edən, lakin kimliklərini açıqlamayan maskalı şəxslər peyda olub. Həmin şəxslər evlərin və hasarların söküntüsünə başlayıblar. Ən narahatedici məqam isə budur ki, söküntü aparan şəxslərin üzləri maskalıdır. Onlar qara gödəkçə və qara papaq geyinərək, qara eynək vuruaraq heç bir rəsmi sənəd təqdim etmədən və özlərini rəsmi qaydada təqdim etmədən ərazidəki hasarları əllərinə keçən əşyalarala sökürlər.

Çox maraqlı hadisələr baş verir - bu şəxslər kimdir? Hansı qurumu təmsil edirlər? Üzlərini niyə gizlədirlər? Hansı qanun onlara maskalı şəkildə söküntü aparmağa icazə verir? Söküntü qərarları ilə bağlı sakinlərə rəsmi bildiriş təqdim olunubmu?

Əgər tikinti qanunsuzdursa, bu zaman mövcud qanunvericiliyə əsasən müvafiq sənədlər təqdim edilməli, məhkəmə və ya icra qərarı göstərilməli və proses şəffaf şəkildə aparılmalıdır. Maskalı və kimliyi bəlli olmayan şəxslərin sənədsiz şəkildə söküntü aparması hansı qanunla tənzimlənir? Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev rəhbəri olduğu rayonda nəyin baş verdiyindən xəbərdardırmı?

Suraxanı rayonunda baş verən bu hadisələr ictimai narahatlıq yaradıb.

Suraxanı Rayon Polis İdarəsi bu şəxslərin kimliyini və hansı əsasla fəaliyyət göstərdiklərini araşdırmalıdır. Bu şəxsılərin kimliyi, hansı qurumun əməkdaşları olmaları araşdırlımalıdır, bu barədə ictimaiyyətə açıq və rəsmi məlumat verilməlidir. Əks halda, maskalı şəxslərin yaşayış məntəqələrində sərbəst şəkildə söküntü aparması hüquqi və təhlükəsizlik baxımından ciddi risk yaradır.

Bizimesr.az məsələni diqqətdə saxlayır. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aknews.az

Xəbərlər