“Qaçqınkom” pilləkən təmirinə 979 min xərcləyəcək


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom” olaraq tanınır-red.) daha bir qaçqın şəhərciyində təmir işlərinə hazırlaşır.

Qurumun Mənzil İstismar İdarəsi bununla bağlı tender elan edib.

Belə ki, İdarə Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirini reallaşdıracaq. Elan edilmiş tenderin həyata keçirilməsi üçün 457 min 999 manat 82 qəpik vəsait ayrılması nəzərədə tutulub.

Bildirək ki, tenderin qalibi martın 17-də müəyyən olacaq.

Bu əsnada o da məlum olub ki, “Qaçqınkom” başaq bir tenderin də nəticəsini açıqlayıb. Tribuna.az xəbər verir ki, qurum Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin, mənzillərin və pilləkən qəfəslərinin təmirini həyata keçirəcək.

Bununla bağlı “RESİNG CONSTRUCTİON GROUP” MMC ilə müqavilə imzalanıb. Həmin müqavilənin dəyəri isə 979 min 111 manat təşkil edir.

Xatırladaq ki, “Qaçqınkom” son zamanlar məcburi köçkünlərin yerləşdiyi şəhərciklərdə təmir işlərinin miqyasını xeyli geniçşləndirib. Bu il ərazində bu tip tenderlərin sayı artıq 10-u keçib.

Qarşı tərəfi də dinləməyə hazırıq. /Tribuna/

Aknews.az

Xəbərlər