Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adı ilə mükafat verən Fəqani Hüseynov həbs olunub.
Teleqraf xəbər verir ki, o polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb.
Rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barəsində 10 sutka həbs qərarı verilib.
Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalı"nın direktoru, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib.
Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkələrdə rezonans doğurub.
Aknews.az