Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki idarə 10 manatlıq şirkətə 1 milyona yaxın pul ödəyir


Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi suvarma sistemlərinin yenilənməsi məqsədilə müxtəlif malların satın alınması üçün keçirdiyi tenderə yekun vurub.
Paytaxt.org bildirir ki,32gun.az-ın məlumatına görə, sözügedən dövlət satınalması üzrə "VNM İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 971.903,22 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

Diqqətçəkən məqamlardan biri odur ki, şirkətin cəmi 10 manat nizamnamə kapitalı var.

Qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur.

Qeyd edək ki, Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin tabeliyində fəaliyyət göstərən struktur bölmədir.

Aknews.az

Xəbərlər