Niyə cənab rəislər?Ayrı-seçkiliyi aradan qaldırın!Kim sizə belə səlahiyyət verib?
SOCAR “Azneft İB Dalğıc Xidmətinin işçiləri yazdı:
Ramazan və Novruz bayramı ərəfəsində müəssisəmizdə baş verən ayri-seçkilik ciddi narazılıq yaradıb.Dalğıc Xidmətinin rəhbərliyi dalğıclara, elektriklərə və çilingərlərə 50 manatlıq alış-veriş kartı təqdim edib. Amma eyni müəssisədə çalışan xilasedən-matroslar bu “bayram hədiyyəsindən” kənarda saxlanılıb.
Sual yaranır:
-Eyni kollektivdə çalışan insanlar arasında bu cür ayrı-seçkilik niyə edilir?
-Xilasedən-matroslar bu müəssisənin əməkdaşı deyilmi?
-Onların gördüyü iş və risk daha azmı?
Bayram birlik, həmrəylik və ədalət deməkdir. Amma görünür ki, bəzi yerlərdə bu prinsiplər yalnız seçilmiş insanlar üçün keçərlidir.
Sadəcə bir sualdır: Əmək kollektivində belə açıq ayrı-seçkilik nə qədər doğrudur?
Ümid edirik ki, məsul şəxslər bu məsələyə aydınlıq gətirəcək.
Mirvari Gahramanli
TEREF
Aknews.az