“Çelsi” azarkeşləri ÇL məğlubiyyətindən sonra Abramoviçin adını səsləndiriblər


İngiltərənin “Çelsi” klubunun azarkeşləri komandanın UEFA Çempionlar Liqasının 1/8 final mərhələsindən kənarda qalmasından sonra sabiq sahibi Roman Abramoviçin adını səsləndiriblər.

Artıq “Çelsi”nin növbəti mərhələyə keçməyəcəyi dəqiqləşəndə tribunalar “Roman Abramoviç” şüarları ilə səsləndiriblər.

Qeyd edək ki, cavab oyununda PSJ “Çelsi”ni 3:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. İlk görüş Parisdə 5:2 hesabı ilə Fransa klubunun xeyrinə başa çatmışdı.

Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi”ni satın almış və klub onun dövründə bir neçə dəfə İngiltərə çempionu, həmçinin UEFA Çempionlar Liqasının qalibi olmuşdu. 2022-ci ildə isə klub amerikalı biznesmen Todd Boulini rəhbərlik etdiyi konsorsiuma satılıb.

Aknews.az

Xəbərlər