İran qüvvələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ qırıcılarına məxsus yanacaq ehtiyatlarını məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilir ki, Ər-Riyadda baş verən güclü partlayışlar İran raketlərinin birbaşa hədəfə dəyməsi və ABŞ qırıcılarının yanacaq anbarlarının uğurla məhv edilməsi ilə bağlıdır.
Qeyd olunur ki, bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin dörd şəhərinə, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirildiyini açıqlayıb.
Məlumata əsasən, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinə cavab olaraq Ben-Qurion hava limanında İsrailin yanacaqdaşıyan hərbi təyyarələrinə zərbə endirib.
Aknews.az