“Sədərəy”in sahibini aldadan iş adamı tutuldu – Yarım milyona yaxın ziyan


“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylini aldadan iş adamı həbs edilib.
Aknews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı Elnur Səmədov külli miqdarda dələduzluqda təqsirli bilinib.

Bu iş üzrə bir neçə zərərçəkmiş var, E.Səmədovun aldatdığı şəxslərdən biri də Yusif Qədimbəylidir. Təqsirləndirilən şəxs Qədimbəyliyə Azərbaycanın müxtəlif rayonlarında yetişən mövsümi meyvələrin alınıb Rusiyada satılması və əldə olunacaq gəlirin bölünməsinə dair yalan vəd verib.

Qədimbəyli isə təklifi cəlbedici sayaraq ona 489 min manat pul verib. Elnurun pulu alıb iş görə bilməməsindən sonra isə Y.Qədimbəyli ondan şikayət edib.

İstintaq vaxtı cinayət işi üzrə başqa zərərçəkmişlər də müəyyən edilib. O, Qədimbəylidən başqa yalan vədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 723 min manat pul alıb.

Xəbərlər