Zelenski Səudiyyə Ərəbistanına gedib


Volodimir Zelenski Səudiyyə Ərəbistanına getdiyini açıqlayıb.

"Səudiyyə Ərəbistanına çatdım. Vacib görüşlər planlaşdırılır", - Zelenski qeyd edib. O, kiminlə görüşlərin gözlənildiyini və ya nəyin müzakirə olunacağını dəqiqləşdirməyib.

Kiyev daha əvvəl Yaxın Şərq ölkələri ilə təhlükəsizlik sahəsində, xüsusən də dronlara qarşı müdafiəni gücləndirməkdə əməkdaşlıq etmək istəyini açıqlamışdı.

Aknews.az

Xəbərlər