Abşerondakı “makler evləri” araşdırılır - Bu şəbəkəni kimlər qoruyur?


Abşeron, Suraxanı, Xətai, Sabunçu və Binəqədi rayonlarında yerləşən qanunsuz tikililər və “makler evləri” adı altında inşa edilən çoxsaylı evlərlə bağlı araşdırma aparılacaq.
Bizimesr.az-ın əldə etdiyi məlumata görə, sonuncu subasmadan sonra ən çox ziyan çəkən məhz bu ərazilərdə həyata keçirilən tikinti işləri və onlara verilən icazələr yoxlanılacaq. Bildirilir ki, bundan sonra Bakı şəhərinin qeyd olunan rayonlarında tikiləcək və hazırda inşa olunan qanunsuz tikililər xüsusi nəzarətə götürüləcək.

Abşerondakı “makler evləri” araşdırılır - Bu şəbəkəni kimlər qoruyur?

Məlumata görə, bu məlumatın yayılmasından sonra “makler evləri”ni tikən şəbəkə üzvləri bərk narahat olublar. Onlar iddia ediblər ki, sözügedən tikililər özbaşına deyil, rayon rəhbərliyi ilə müxtəlif formalarda razılaşdırılaraq həyata keçirilir.

İddialara əsasən, ən geniş qanunsuz tikinti şəbəkəsi Abşeron rayonu ərazisində fəaliyyət göstərir. Bildirilir ki, bu şəbəkə hər ay, demək olar ki, azı 20-30 mənzil tikərək satışa çıxarır. Məlumata görə, sözügedən şəbəkəyə Abşeron Rayon İcra Hakimiyyətindəki bəzi şəxslər rəhbərlik edir, tikinti işlərinin isə məhz onların nəzarəti altında həyata keçirildiyi iddia olunur. Məlumata görə, makler evlərinin tikintisində dəstək verən şəxslər olaraq əsasən Azər və Nurlan adlı şəxslərin adı çəkilir.

Maraqlıdır, Abşeron rayonunda tikilən "Makler evləri" şəbəkəsinin rəhbəri kimdir və bu işdə onlara dəstək verən şəxslər onlarla necə razılaşır...?

Məsələ ilə bağlı geniş araşdırma yazısı yaxın günlərdə təqdim olunacaq.


Aknews.az

Xəbərlər